Gələn aydan Çinə təyyarə ilə birbaşa getmək olacaq
12 aprel 2013 14:25 (UTC +04:00)

Gələn aydan Çinə təyyarə ilə birbaşa getmək olacaq

Mayın 10-dan etibarən “Azərbaycan Hava Yolları” QSC  öz uçuş coğrafiyasını genişləndirmək məqsədilə, Bakı-Pekin-Bakı istiqamətində yeni müntəzəm birbaşa aviareyslərin həyata keçirməsinə başlayır. Bu barədə Lent.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

 

Uçuşlar müasir və komfortlu Airbus A340 və Boeing 767 tipli təyyarələrlə,  həftədə iki dəfə -  çərşənbə axşamları və cümə günləri həyata keçiriləcək. “Airbus A-340” və “Boeing  767” tipli təyyarələrin alınması AZAL aviaşirkətinə, tarixində ilk dəfə, uzun məsafəli  birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaradıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu vəs.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün  xüsusi tariflər təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935
avatar

Oxşar yazılar