Əmək haqları artıb - STATİSTİKA
18 oktyabr 2013 16:05 (UTC +04:00)

Əmək haqları artıb - STATİSTİKA

2013-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 faiz artaraq 2736.5 manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Hər bir şəxs gəlirlərin 68.5 faizini orta hesabla son istehlaka, 9.1 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.7 faizini əmanətlərin və kapitalın artırılmasına sərf edib. Vergiləri və üzvlük haqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2487.1 manat qalmış və müqayisə edilən dövrdə 6.1 faiz artıb.

 
Əmək haqlarına gəlincə, komitədən bildirib ki, muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-cü ilin yanvar-avqust aylarına nisbətən 6.8 faiz artaraq 413.8 manat olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750

Oxşar yazılar