Elman Rüstəmov AYİB prezidentini qəbul edib
17 iyul 2013 17:18 (UTC +04:00)

Elman Rüstəmov AYİB prezidentini qəbul edib

 

Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Sumo Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, görüşdə Sumo Çakrabarti təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.

 

Sumo Çakrabarti AYİB ilə əməkdaşlıq çərçivəsində Azərbaycana müxtəlif səviyyədə yardım edildiyini və bu əlaqələrin bu gün də çox uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, AYİB-in ölkə üzrə növbəti strategiyasının hazırlanmasında hökumətlə sıx əlaqəli əməkdaşlıq vacibdir. Görüşdə maliyyə sisteminin hazırkı durumu, ölkəmizin bu sahədə gələcək prioritetləri barədə müzakirələr aparılıb.

 

Mərkəzi Bankla AYİB arasında əlaqələri yüksək qiymətləndirən Elman Rüstəmov  AYİB-in Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. O, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri və bank sektorunda son irəliləyişlərə dair ətraflı məlumat verib, AYİB-lə sıx əməkdaşlıq ənənəsinin bundan sonra da möhkəmləndirilməsi üçün birgə səylərin davam etdiriləcəyini nəzərə çatdırıb.

 

Görüşdə Mərkəzi Bankla AYİB arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905
avatar

Oxşar yazılar