Manat hara "üzəcək"? - <span style="color:red;">İQTİSADÇI ŞƏRHİ
21 dekabr 2015 12:10 (UTC +04:00)

Manat hara "üzəcək"? - İQTİSADÇI ŞƏRHİ

 

"Bundan sonra dolların məzənnəsini bazar özü müəyyən edəcək. Güclü dollar alışı olsa, qıtlıq yaransa, dolların qiyməti bahalaşacaq, manat ucuzlaşacaq".

 

Bunu dolların "üzən məzənnə"yə keçməsini Lent.az-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyib. Ancaq bununla belə, S.Əliyev bildirib ki, Azərbaycanda yəqin, idarə olunan "üzən məzənnə" olacaq: "Bu o deməkdir ki, Mərkəzi Bank bazara daim müdaxilə edəcək. Dollar qıtlığı yarananda, Mərkəzi Bank öz valyuta ehtiyatlarından dollar buraxacaq ki, manatın məzənnəsi kəskin oynamasın”.

 

İqtisadçı-ekspert ilin sonuna kimi manatın məzənnəsində ciddi ucuzlaşma müşahidə olunmayacağını da qeyd edib: “Bununla belə, tendensiya bundan ibarətdir ki, manat getdikcə ucuzlaşmaqda davam edəcək”.

 

Ekspertin sözlərinə görə, manatın bu devalvasiyası gözlənilən idi: "Qeyd etmişdik ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən, Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi. FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik".

 

S.Əliyev bildirib ki, "üzən məzənnə"yə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq: "Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca, manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar