Əhaliyə 9.8 milyard manatlıq istehlak malları satılıb
14 iyun 2013 10:54 (UTC +04:00)

Əhaliyə 9.8 milyard manatlıq istehlak malları satılıb

İlin əvvəlindən ötən vaxt ərzində əhaliyə 9.8 milyard manatlıq istehlak malları satılıb və pullu xidmət göstərilib. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Pərakəndə əmtəə dövriyyəsi 8.8 faiz artaraq 7.5 milyard manata, pullu xidmətlərin həcmi isə 7.3 faiz artaraq 2.3 milyard manata çatıb. İstehlak mallarının 12.2 faizi hüquqi şəxslər, 39.0 faizi yarmarkalar və bazarlar, 48.8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunub.
 

Həmçinin, 8.4 milyard dollarlıq məhsul ixrac olunub, 490 milyon dollarlıq məhsul MDB  dövlətlərinə göndərilib, 7.9 milyard dollarlıqməhsul isə digər xarici ölkələrin alıcılarının payına düşüb.


Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3.2 milyard dollar təşkil edib. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2.3 milyard dollar, MDB dövlətlərindən isə 803.9 milyon dollar olub.
 

Xarici ticarət dövriyyəsinin 39.8 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 11.2 faizi MDB-yə üzv dövlətlərlə, 49 faizi digər ölkələrlə aparılıb. Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 5.2 milyard dollar çox olub və bir o qədər müsbət saldo yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar