Dünya Bankı ilə əlaqələr genişlənir
26 fevral 2013 15:21 (UTC +04:00)

Dünya Bankı ilə əlaqələr genişlənir

Elman Rüstəmovun Dünya Bankının nümayəndə heyəti ilə görüşdə  “Birgə İqtisadi Tədqiqatlar Proqramı”nın qəbulu ətrafında müzakirə aparılıb

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent .az-a verilən məlumata görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi 2011 -2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ətrafında müzakirələr aparılıb.

Strategiyanın hazırlanmasında Azərbaycan tərəfinin fəal rol oynadığını vurğulayan Henri Kerali ötən 2 il üzrə aralıq hesabatının hazırlanacağını və növbəti 2 il üçün strategiyanın əsas prioritetlərinin müəyyən ediləcəyini bildirib. Bununla yanaşı, görüşdə Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında səmərəli və işgüzar əlaqələrin mövcudluğu yüksək qiymətləndirilib, cari layihələr, o cümlədən, Birgə İqtisadi Tədqiqatlar Proqramının qəbulu ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar