DSMF gəlirlərini açıqladı
07 iyun 2013 12:22 (UTC +04:00)

DSMF gəlirlərini açıqladı

2013-cü ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1091,8 mln. manat  təşkil edib. Bu barədə Lent.az-a DSMF-dan məlumat verilib. Fondun gəlirləri cari ilin proqnoz göstəricisindən 25,3 mln. manat və ya 2,4 faiz çoxdur.

 

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 25,4 mln. manat və ya 4,5 faiz yuxarı olmaqla, 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz və ya 69,9 mln. manat artaraq 594,6 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,7  faizi və ya 378,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 69,3 mln. manat və ya 22,4 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20,9 faiz və ya 65,4 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 49,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 70 faiz artıb.

 

2013-cü ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 216,1 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1faiz və ya 4,5 mln. manat artıb.

Qeyd edək ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2013-cü ilin yanvar-may aylarında Fondun xərcləri 1030,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1012,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,0 mln. manat və ya 1,8 faiz çoxdur. Xatırladaq ki, pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 17,1 mln. manat artaraq 988,7 mln. manat təşkil edib.

 

2013-cü ilin yanvar-may aylarında əhaliyə 23,7 mln. manat məbləğində müavinət ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar