DSMF gəlir və xərclərini açıqladı
19 aprel 2013 10:21 (UTC +04:00)

DSMF gəlir və xərclərini açıqladı

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri  bu ilin birinci rübü 685,1 mln. manat  təşkil edib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu, cari ilin proqnoz göstəricisindən 46,2 mln. manat və ya 7,2 faiz  çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 16,1 mln. manat və ya 5 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9 faiz və ya 41,5 mln. manat artaraq 339,3 mln. manat təşkil edib.  Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,3 faizi və ya 221,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.  Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 37,2 mln. manat və ya 21,4 faiz,  əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20 faiz və ya 35,2 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 44,3 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85 faiz artıb.

 

Bu ilin yanvar-mart aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 127,9 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz və ya 6,3 mln. manat artıb.  Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

 

Bu ilin birinci rübündə DSMF-nin xərcləri 614,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 605,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 mln. manat və ya 0,9 faiz  çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə  nisbətən 0,8 faiz və ya 4,5 mln. manat artaraq 592,2 mln. manat təşkil edib. 2013-cü ilin birinci rübündə əhaliyə 13,3 mln. manat məbləğində müavinət ödənilib.  DSMF-nin digər xərcləri 9,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün  göstəricisindən 0,6 mln. manat və ya 6,5 faiz çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771
avatar

Oxşar yazılar