Dövlət Statistika Komitəsi: Qaz artıb, neft azalıb
17 yanvar 2013 16:23 (UTC +04:00)

Dövlət Statistika Komitəsi: Qaz artıb, neft azalıb

Dövlət Statistika Komitəsi 2012-ci ildə sənayenin işi haqqında məlumat yayıb.

 

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçən il ölkənin sənaye sahələrində 33,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Qeyri-neft sektorunda 7,8 faiz artım, neft sektorunda 4,2 faiz azalma müşahidə olunub. İstehsalın 75,4 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. İl ərzində neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kub-metr təşkil edib. Qaz hasilatı 5,4 faiz artıb, neft hasilatı isə 5,3 faiz azalıb.

 

Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel və elektrik enerjisinin istehsalında daha çox artım əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928
avatar

Oxşar yazılar