Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlaklar haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, martın 3-də keçiriləcək hərracda müxtəlif markalı mobil telefonlar və danışıq kartları satılacaq.
Bundan başqa, hərraca çıxarılan əmlaklar arasında "HP Office jjet j 4580" markalı rəngli surətçıxaran aparat və "Toshiba" markalı noutbuk da var. Noutbukun ilkin hərrac qiyməti 175 manatdır.