Dollar ucuzlaşıb, avro bahalaşıb
02 fevral 2016 09:37 (UTC +04:00)

Dollar ucuzlaşıb, avro bahalaşıb

0

Bu gün fevralın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 1-i ilə müqayisədə 0,0032 manat və ya 0,2% azalaraq 1,5940 səviyyəsində müəyyən olunub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  0,0074 manat və ya 0,43% möhkəmlənərək 1,7400 manatadək yüksəlib.

 

Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,37% azalaraq 0,0206 manat səviyyəsində müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar