Dollar cüzi bahalaşıb, avro ucuzlaşıb
10 mart 2015 10:00 (UTC +04:00)

Dollar cüzi bahalaşıb, avro ucuzlaşıb

Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0491 manat səviyyəsində müəyyən edilib. Bu martın 6-da olan məzənnədən 0,0001 manat və ya 0,01% çoxdur.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0239 manat və ya 2,07% ucuzlaşaraq 1,1327 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar