Dollar bahalaşır, avro ucuzlaşır
21 may 2015 09:47 (UTC +04:00)

Dollar bahalaşır, avro ucuzlaşır

Bu gün mayın 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 21-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0486 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0018 manat və ya 0,15% ucuzlaşaraq 1,1662 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar