DəmirBank-da əhalinin əmanətləri 30,3% artıb
18 dekabr 2012 15:21 (UTC +04:00)

DəmirBank-da əhalinin əmanətləri 30,3% artıb

DəmirBank-ın aktivləri 1 dekabr 2012-ci il tarixinə 374,1 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 15,7 mln. manat və ya 4,4% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 29,1 mln. manat və ya 11,3% artaraq 285,8 mln. manatı keçib.

 

Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2012-ci il tarixinə 155,4 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 dekabr 2012-ci il tarixinə 127,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 30,3% və ya 29,7 mln. manat çoxdur.

 

Bankın nizamnamə kapitalı 1 dekabr 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,7 mln. manat olub.

 

Ölkənin ilk və aparıcı banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

# 645
avatar

Oxşar yazılar