Cəlilabadda çiyələk əkininə maraq artıb
13 fevral 2015 00:39 (UTC +04:00)

Cəlilabadda çiyələk əkininə maraq artıb

Cəlilabad rayonunda çiyələk əkininə maraq artıb. Buna səbəb məhsula tələbatın çox olması, bazarda satış probleminin yoxluğudur.

 

AzərTAc xəbər verir ki, rayonda 300 hektardan çox sahədə çiyələk bitkisi becərilir. Məhsul istehsalçıları əkin zamanı məhsuldarlığı ilə seçilən “Viktoriya” növünə daha çox üstünlük verirlər.

 

Bitkiçiliyin bu növü ilə məşğul olan fermerlərin sözlərinə görə, bol məhsul götürmək üçün sahibkar orta hesabla 10 min manat vəsait sərf etməlidir. Göstərilən qulluqdan asılı olaraq 1 hektar çiyələk sahəsindən 15-20 ton məhsul yığılır.

 

Məhsul istehsalında ən vacib şərtlərdən biri suvarma sisteminin düzgün qurulmasıdır. Suvarma damcı üsulu ilə aparılır. Bu üsul həm suya qənaət edir, həm də torpağı şoranlaşmaya məruz qalmaqdan qoruyur.

 

Kənd sakinlərinin günəmuzd işlərə cəlb olunduğu çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Hazırda çiyələk bağlarında qışa hazırlıq işləri görülür.

 

Rayonda təsərrüfatın təkcə bu sahəsində 2 mindən artıq insan ilboyu işlə təmin olunur. Bu isə kənd əhalisinin sosial rifah halının yüksəlməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar