Sentyabrda Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 327 083 ton Azərbaycan nefti nəql olunub. Bu barədə Lent. az-a Dövlət Neft Şirkətindən məlumat verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.9 faiz çoxdur.
Şirkətdən verilən məlumatda o da vurğulanır ki, cari ilin yanvar-sentyabr aylarında BTC kəməri ilə 22 547 088 ton neft ötürülüb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz azdır.
Kəmər istifadəyə verilən gündən bu il oktyabrın 1-ə qədər BTC-yə 227 998 902 ton neft vurulub.
Bundan başqa, bu ilin sentyabr ayında BTC kəməri ilə 200 688 ton tranzit Türkmənistan nefti nəql olunub.