Birləşən banklardakı əmanətlərin taleyi necə olacaq?
28 yanvar 2016 12:59 (UTC +04:00)

Birləşən banklardakı əmanətlərin taleyi necə olacaq?

Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılacaq.

 

"APA-Economics" xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

 

A. Cavadovun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması" haqqında qanun qəbul edildikdən sonra Himayəçilik Şurasının təcili iclası çağırılacaq: "Çünki, qanunvericilik dəyişəcək, limit aradan qaldırılacaq. Amma faiz dərəcələri aradan qaldırılmayacaq. Bu iclasda əmanətlər üzrə faiz dərəcəsinə yenidən baxılacaq”.

 

İcraçı direktor bankların konsolidasiyası baş verəcəyi təqdirdə əmanətlərin taleyi məsələsinə də aydınlıq gətirib: "Konsolidasiya baş verərsə, birləşəcək banklarda qorunan əmanətləri olanların müqavilələri qüvvədə olanadək qüvvədə olacaq. Yəni, bir müştərinin hər iki bankda ayrılıqda 30 min manat əmanəti varsa, ümumilikdə 60 min manatı varsa bu müqavilə başa çatanadək qorunan sayılacaq. Yeni qanun qəbul edildikdən sonra limit aradan qaldırıldığından artıq 60 min qorunan əmanət sayılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321
avatar

Oxşar yazılar