Bir ayda 3562 vergi pozuntusu aşkar edilib
10 oktyabr 2013 15:30 (UTC +04:00)

Bir ayda 3562 vergi pozuntusu aşkar edilib

Bu ilin sentyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən tədbirlər keçirilib. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Tədbirlər zamanı 2218 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 451 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  285 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edib.

Operativ nəzarət tədbirləri zamanı  296  vergi ödəyicisi tərəfindən 614 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 120  vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  18  vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 507 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar