Beynəlxalq Bankın departament direktoru "Amrahbank"ın rəhbərliyinə gətirildi
14 oktyabr 2015 14:30 (UTC +04:00)

Beynəlxalq Bankın departament direktoru "Amrahbank"ın rəhbərliyinə gətirildi

0

 

 

"Amrahbank"ın rəhbərliyində dəyişiklik baş verib.

 

"APA-Economics"in xəbərinə görə, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub.

 

Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb.

 

"APA-Economics"in ötən gün verdiyi məlumata görə, bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar