Bakıda sahibkarlara verilmiş güzəştli kreditin həcmi açıqlandı
30 may 2013 15:27 (UTC +04:00)

Bakıda sahibkarlara verilmiş güzəştli kreditin həcmi açıqlandı

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verilmiş güzəştli kreditin həcmi açıqlanıb.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirdiyi tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,8 milyon manat güzəştli kredit verilib.

 

Bu layihələrin reallaşdırılması 4 minə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində 1608 sahibkara 148,5 milyon manat güzəştli kredit verilib.

 

Qeyd edək ki, bu gün Lökbatan qəsəbəsində keçirilən tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 2,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən un məmulatları, çörək istehsalı, heyvandarlıq, quşçuluq, tikinti materialları istehsalı, tikişçilik, logistika sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar