Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 25-də “Bakı Dəmir Beton-8” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsini hərraca çıxaracaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi, 11/33 ünvanında yerləşən torpağın sahəsi 105 946 kv.m, qiyməti 1 milyon 313 min 730 manatdır.