Hazırda paytaxtda sərnişin daşınması üçün 2321 avtobusdan istifadə olunur
Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi əlaqədar mövcud olan marşrut xətlərində dəyişikliklər edilərək 217 sayda marşrutun optimallaşdırılmasından sonra 174 sayda marşrutun saxlanması nəzərdə tutulub.
Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, hazırda Bakı şəhər marşrutlarında cəmi 2321, o cümlədən 1423 iri tutumlu, 985 orta tutumlu və şəhərətrafı marşrutlarda 13 kiçik tutumlu avtobuslar istismar olunur.
Ötən il paytaxtda nəzərdə tutulmuş 664 dayanacaqdan 640-ı quraşdırılıb, qalan 24 dayanacağın quraşdırılması isə şəhərdə gedən tikinti işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq dayandırılıb. Dayanacaqlarda sərnişinlərin təhlükəsizliyi üçün vacib olan 61 “cib” inşa edilib və bu işlər davam etdirilir.
Bundan başqa müasir taksi xidmətinin təşkili məqsədilə 1000 ədədi TX4 markalı (London Taksi) taksi minik avtomobilləri olmaqla 1203 ədəd taksi minik avtomobilləri gətirilərək istismara verilib.