Aprelin 7-8-də Bakıda Ümumdünya İqtisadi Forumunun (ÜİF) “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq” mövzusunda iclası keçiriləcək.
“APA-Economics”in ÜİF-in saytına istinadən xəbərinə görə, iclasda regionun imkanları və iqtisadi inkişaf perspektivləri, sahibkarlıq, ticarət, təbii ehtiyatlar və investisiyalar məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, iclasın keçirilməsi qərarı bu ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin ÜİF-in icraçı sədri Klaus Şvabla keçirilən görüşündə verilib.