Azərbaycanda sərnişindaşıma bahalaşıb <span style="color:red;">STATİSTİKA
14 aprel 2014 16:00 (UTC +04:00)

Azərbaycanda sərnişindaşıma bahalaşıb STATİSTİKA

Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşma müşahidə olunub. 
Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşsa da, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb. 
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. 

# 966

Oxşar yazılar