Azərbaycanda qatarların sürəti artırılacaq
10 may 2015 12:59 (UTC +04:00)

Azərbaycanda qatarların sürəti artırılacaq

“Dünya Bankı tərəfindən Bakıdan Gürcüstan sərhədlərinə qədər dəmir yolunun təmiri ilə bağlı kredit ayrılıb və təmir işləri 1 il - 1,5 ilə başa çatdırılacaq. Məqsəd Bakı-Böyük Kəsik yolunda qatarların sürətini artırmaqdır”. 

 

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

 

C. Qurbanov hazırda Azərbaycan dəmir yollarında qatarların hərəkət sürətinin aşağı olduğunu qeyd edib: “Bu, o qədər də xoşagələn deyil. Çalışacağıq ki, Gəncə və Bakı arasında insanların daşınmasını təqribən 5 saata endirək. 1970-ci illərdə Bakıdan Gəncəyə elektrik qatarı 50 dəqiqəyə çatırdı. Biz bu yolları bərpa edərək yenə də  5 saat qədər sərnişinlərin satdırılmasına nail olacağıq. Daha sonra Rusiya sərhədinə qədər dəmir yolunun əsaslı təmiri, yeniləşdirilməsi ilə məşğul olacağıq.  Prezidentin tapşırığı ilə 50-ə qədər elektrovoz, 10-a yaxın teplovoz alınacaq və onlar bu yollarda hərəkət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar