Azərbaycanda maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, verilmiş kreditlərin həcmi ötən illə müqayisədə 32,1 faiz artıb, onun 78,2 faizi və ya 16,2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində məzənnə korreksiyası nəzərə alınmaqla 20,3 faiz artaraq mart ayının 1-i vəziyyətinə 7,9 milyard manata çatıb.