Dövlət Statistika Komitəsi 2013-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə mal-qaranın sayını açıqlayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkədə 2 milyon 703,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 302,3 min baş inək və camış, 8 milyon 651,2 min baş qoyun və keçi mövcud olub.
Beləliklə, 2012-ci il yanvarın 1-ə nisbətən iribuynuzlu mal-qaranın sayı 22,0 min baş (0,8 faiz), o cümlədən inək və camışların sayı 14,2 min baş (1,1 faiz) və qoyun və keçilərin sayı 91,9 min baş (1,1 faiz) artıb. İribuynuzlu mal-qaranın 48,2 faizini məhsuldar inək və camışlar təşkil edir.