2015-ci il yanvar-may ayları ərzində Azərbaycana ümumi dəyəri 729,3 min dollar olan 13 405 mobil telefon və simsiz şəbəkələrdə işləyən başqa telefon aparatları idxal edilib. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, 2015-ci ilin ilk beş ayının yekunlarına əsasən ölkəyə idxal olunan mobil telefonların sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 48,7 faiz azalıb.