Azərbaycanın xarici ticarət dövriyyəsi 20.1 milyard dollar təşkil edib. Lent.az-ın məlumatına görə, bunun 17.8 milyard dolları uzaq xarici dövlətlərin, 11.5 faizi və ya 2.3 milyard dolları isə MDB üzvü ölkələrinin payına düşüb.
Azərbaycandan xaricə 13.8 milyard dollarlıq məhsul ixrac olunub. Onun 94.2 faizi və ya 13.1 milyard dolları uzaq xarici ölkələrə, 5.8 faizi, yaxud 801.6 milyon dolları MDB-yə daxil olan dövlətlərə göndərilib.
Ölkəmizə 13.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.