Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanıb
18 iyun 2013 19:33 (UTC +04:00)

Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanıb

Azərbaycan və Koreya hökumətləri arasında saiş imzalanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, maliyyə naziri Samir Şərifov və Koreyanın  

Azərbaycandakı səfiri Çoy Sukin imzaladığı saziş Azərbaycanın itisadi inkişafına dəstək vermək və ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan hökumətinə kreditlər verməsini nəzərdə

tutur. Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığının

ümumi çərçivəsini müəyyən edir.

 

İmzalanma mərasimində Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanıb, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar