Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək
14 dekabr 2012 15:00 (UTC +04:00)

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək

Dekabrın 19-da Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyasının 4-cü iclası keçiriləcək.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuridir.

 

# 547
avatar

Oxşar yazılar