Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqların predmeti açıqlandı
03 may 2013 17:47 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqların predmeti açıqlandı

Şahin Mustafayev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı ilə görüşüb

 

 

Bu gün iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycanda Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə böyük önəm verildiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını söyləyib.

 

Şahin Mustafayev 1992-ci ildən başlanan Azərbaycan-Avropa İttifaqı əlaqələrinin tərəflər arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı və Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu, Şərq Tərəfdaşlığı Bəyannaməsi ilə daha da inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya, Viza Sadələşdirilməsi, Readmissiya və Vahid Aviasiya Məkanına dair sazişlərlə bağlı müzakirələr aparılır. Şahin Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkəmizin regiondakı roluna dair məlumat verib, Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırıb və Ermənistan-Azərbaycan münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi təhdid olduğunu bildirib.

 

Ştefan Füle Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsini əhəmiyyətli sayıb. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrə və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000
avatar

Oxşar yazılar