Azərbaycan Rusiyadan silah almağı dayandırdı?
01 aprel 2013 14:01 (UTC +04:00)

Azərbaycan Rusiyadan silah almağı dayandırdı?

 

Rusiya ilə yeni silah və hərbi texnikaların alğı-satqısına dair bütün danışıqlar dayandırılıb

Azərbaycan Rusiya ilə yeni silah və hərbi texnikaların alğı-satqısına dair bütün danışıqları dayandırıb. Lent.az-ın məlumatına görə, bu barədə "AzeriDefence.com"-a  hərbi mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına görə, bu addım Rusiyanın Qəbələ RLS-in icarəsi ilə bağlı Azərbaycanın təklif etdiyi qiymətlərlə razılaşmaması və stansiyadan imtina etməsindən sonra atılıb. 

Bununla da Azərbaycan Rusiyadan yeni xilasetmə helikopterlərinin, T-90S tanklarının, BMP T tipli döyüş maşınlarının, həmçinin zenit-raket komplekslərinin (söhbətin hansı komplekslərdən getdiyi açıqlanmır) satın alınmasına dair danışıqları dayandırmış olub və adıçəkilən texnikaların satın alınmasından imtina edilib. 

Hazırda Rusiya tərəfi əvvəlki illərdə bağlanmış müqavilələr üzrə sifarişlərin çatdırılmasını təmin edir. 

Qeyd edək ki, son 5 ildə Azərbaycan Rusiyaya 1.7 milyard ABŞ dollarından artıq silah və hərbi texnika sifariş verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661
avatar

Oxşar yazılar