Azərbaycan ikinci süni rabitə peykini orbitə çıxaracaq
06 dekabr 2013 11:25 (UTC +04:00)

Azərbaycan ikinci süni rabitə peykini orbitə çıxaracaq

2014-cü ilin yanvar ayında Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı tender elan olunacaq. Lent.az-ın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, artıq ölkəmizin ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı bütün müzakirələr və təhlillər başa çatıb. Nazirin sözlərinə görə, texniki tapşırığın yüksək beynəlxalq səviyyəyə uyğun olaraq hazırlanması yekunlaşıb: “Gələn ilin yanvar ayında tender elan olunacaq. Tender məhdud saylı şirkətlər arasında keçiriləcək. Ən müasir və yüksək keyfiyyətə cavab verən şəkildə biz bu layihəyə başlayacağıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar