Azərbaycan Avropanın qaz tələbatının 11%-ni ödəyəcək
11 noyabr 2013 14:52 (UTC +04:00)

Azərbaycan Avropanın qaz tələbatının 11%-ni ödəyəcək

2020-ci ilə qədər Avropada qaz hasilatı və nəqlində böyük artım olmayacaq.


 

Bu artımın 2035-ci ildən sonra olacağı gözlənilir.

 

APA-Economics”in məlumatına görə, bu barədə Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin enerji məsələləri üzrə müşaviri Edita Novak (Edyta Nowak) bildirib.

 

Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan qaz ixracatını yenidən nəzərdən keçirməlidir: “Avropa Birliyinin daxili qaz istehsalı azalır. Bununla əlaqədar bazara qaz istehsal edən yeni şirkətlər gəlir. 2020-ci ildə iqlim dəyişikliklərinin qarşısını almaq üçün Avropa Birliyi ölkələri üçün daha çox qaz tələb olunur”.

 

E. Novak deyib ki, AB ölkələri 2050-ci ilə qədər bərpa olunan enerjinin həcmini 55%-ə çatdıracaq.

 

“Bu gün Xəzər regionunda Azərbaycan, Türkmənistan və Qazaxıstanın birgə qaz ehtiyatları 3,5 trln. kubmetrdir. Bu da dünya üzrə qaz resurslarının 15%-ni təşkil edir. Avropa əlavə qaz resurslarını axtarmaq üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan “Şahdəniz” qaz konsorsiumu vasitəsilə Avropanın qaz tələbatının 11%-ni ödəyə biləcək. Bu səbəbdən də bütün dünyanın gözü Azərbaycandadır”, - deyə E. Novak qeyd edib. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar