Azərbaycan Avropanın bioorqanik məhsullar bazarına çıxmaq istəyir
15 fevral 2013 10:59 (UTC +04:00)

Azərbaycan Avropanın bioorqanik məhsullar bazarına çıxmaq istəyir

Almaniyanın Nürnberq şəhərində “Biofach-2013” sərgisi və tədris turu öz işinə başlayıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 23-cü dəfədir ki, keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən 2000-dən çox ziyarətçi və 40 mindən çox ticarət nümayəndələri iştirak edir. Bu il də ölkəmiz İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bioorqanik məhsulların yetişdirilməsi və istehsalı ilə məşğul olan yerli sahibkarlar üçün yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olan “Biofach-2013” sərgisində iştirak edir. Azərbaycan sərgidə 5 şirkətlə təmsil olunur. Fevralın 16-dək davam edəcək tədbir çərçivəsində Almaniyada yerləşən təşkilatlara, birliklərə, assosiasiyalara və şirkətlərə səfərlər, o cümlədən Mərkəzi və Şərqi Avropada orqanik sektorun inkişafı, orqanik məhsullar üçün Avropa bazarlarında iştirak kimi ümumi təcrübənin öyrənilməsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779
avatar

Oxşar yazılar