Dövlət Neft Fondu qızıl ehtiyatını artırır. Bu il avqustun 26-na olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 24 887 kq qızıl (800 146 unsiya) alınıb. Bu barədə “APA-Economics”ə Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xatırladaq ki, ARDNF tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına başlanılıb və 2013-cü ilin iyul ayına olan məlumata görə, alınmış qızılın həcmi 22 399 kq (720 146 unsiya) təşkil edib.
Avqustun 26-na olan məlumata görə, artıq Fond alınmış qızılın 12 007 kq-nı (386 018 unsiya) Azərbaycana gətirib. Fond qızılı partiyalarla alır və bu proses iki il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, ARDNF-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.