Bu gün Bakı Biznes Mərkəzində Avropa İttifaqı ilə Azərbaycan arasında Ticarət, İqtisadi və Əlaqədar Hüquqi Məsələlər üzrə Alt Komitənin 12-ci iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iclasda müvafiq dövlət qurumlarının və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.
Tədbirə Azərbaycan tərəfdən həmsədrlik edən İqtisad İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev və Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunda bölmə müdiri Luk Devin çıxış edərək Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə məlumat veriblər. İclasda bir sıra təqdimatlar da keçirilib. Sonra tədbirin gündəliyinə uyğun olaraq, təqdimatlar ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
İclas mayın 31-dək davam edəcək.