Artur Rasizadə yenidən Neft Fondunun Müşahidə Şurasının sədri seçildi
25 aprel 2014 11:28 (UTC +04:00)

Artur Rasizadə yenidən Neft Fondunun Müşahidə Şurasının sədri seçildi

Aprelin 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.


 

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycan Respublikasının baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.

 

Şura fondun icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PriceWaterHouseCoopers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib.

 

Bundan başqa, fondun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

 

A. Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617
avatar

Oxşar yazılar