Noyabr ayında Ceyhan limanından 2,7 milyon ton neft dünya bazarlarına çıxarılıb. Bu barədə Lent.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib. Cari ilin yanvar-noyabr aylarında isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 milyon 69 min 219 ton olub.
ARDNŞ həmçinin BTC kəməri ilə nəql olunan neftin də həcmini açıqlayıb. Belə ki, ötən ay 2,3 milyon ton Azərbaycan nefti nəql edilib. Yanvar-noyabr aylarında bu kəmərlə 27 milyon 267 min 792 ton neft ötürülüb.