Dövlət Neft Şirkətinin 2013-cü ilin sentyabr ayı üzrə ödənişləri açıqlanıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Dövlət Neft Şirkəti 2013-cü ilin sentyabr ayında dövlət büdcəsinə 135 milyon 178 min manat vəsait ödəyib. Bu da ötən ilin sentyabr ayına nisbətən 15 milyon 238 min manat və ya 112,7 faiz çox olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 185 milyon 92 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 151 milyon 243 min manat və ya 114,6 faiz çox olub.
Bundan əlavə, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 24 min manat vəsait köçürüb. Bu, ötən ilin sentyabr ayına nisbətən 249 min manat və ya 101,8 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 120 milyon 112 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1 milyon 415 min manat və ya 101,2 faiz çox olub.

ARDNŞ bu il büdcəyə 1 milyarddan artıq vəsait köçürüb
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15