ARDNŞ "DESFA"-nın əsas iddiaçısıdır
10 iyun 2013 21:38 (UTC +04:00)

ARDNŞ "DESFA"-nın əsas iddiaçısıdır

Yunanıstanın satışa çıxarılmış "DESFA" qaz şirkətinə yeganə iddiaçı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olub.

 

Bu Rusiyanın “Sintez” və Yunanıstanla Çexiyanın müştərək “Terna-PPF” şirkətlərinin  "DESFA" qaz şirkətinin özəlləşmə müsabiqəsində iştirakdan imtina etdikdən sonra mümkün olub.   

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  Rusiyanın “Sintez” enerji şirkəti Yunanıstanın DESFA qaz şirkətinin satışı üzrə müsabiqəsində iştirak etmək üçün tələb olunan ərizəni təqdim etməyib. Bu barədə “Röyters” agentliyi özəlləşmə müsabiqəsinin gedişatı ilə tanış olan  mənbələrinə istinadən xəbər verib. Agentliyin məlumatına görə, "Transadriatik" qaz kəməri ilə resurslarını Avropa bazarına çıxarmaq niyyətində olan Azərbaycanın “SOCAR” neft-qaz şirkəti Yunanıstanın "DESFA" qaz şirkətinə əsas iddiaçı olub.

 

Qeyd edək ki, bu gün həmçinin Yunanıstanın “DEPA” dövlət qaz şirkətinin satışı üzrə müsabiqədə iştirak etmək üçün ərizələrin təqdim etmə müddəti sona çatır. APA-nın “Röyters” şirkətinə istinadən verdiyi xəbərə görə, bu müsabiqəyə heç bir ərizə təqdim olunmayıb. Hətta şirkətə əsas iddiaçı hesab olunan Rusiyanın “Qazprom” şirkəti də sənəd təqdim etməkdən boyun qaçırıb.      

 

KİV-lərin məlumatına görə, DESFA və DEPA qaz şirkətlərinin satışı müsabiqəsində Yunanıstanın adı çəkilməyən bir sıra qurumları və 12 ölkəni təmsil edən onlarla sərmayəçi iştirak etməyi qərara almışdı. Bir müddət öncə KİV-lər “Qazprom”un “DEPA” şirkətinə görə 900 milyon avro təklif etdiyini qeyd edib.

 

Qeyd edək ki, “DEPA” şirkəti qazı topdan alaraq, onu yunan istehlakçılarına paylaşdırır. “DESFA” “DEPA” şirkətinin törəmə müəssisəsidir və istisna olaraq qazın nəqli ilə məşğul olur.

 

Yunanıstan dövlət borcunu azaltmaq məqsədilə ölkədə həyata keçirilən irimiqyaslı özəlləşmə çərçivəsində şirkətlərin satışına qərar verib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar