İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə həyata keçirilən işlər davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, idmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov pr - 20 yanvar dairəsi-Moskva prospekti-20 Yanvar tuneli-Bakı-Sumqayıt yolundan geriyə-Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14km hissəsini əhatə edəcək.
Hazırda sözü gedən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.