ABŞ şirkəti “Azəri-Çıraq-Günəşli” və BTC-dəki payını Hindistan şirkətinə satıb
29 mart 2013 18:46 (UTC +04:00)

ABŞ şirkəti “Azəri-Çıraq-Günəşli” və BTC-dəki payını Hindistan şirkətinə satıb

ABŞ-ın “Hess Corporation” şirkətinin “Azəri-Çıraq-Günəşli” və BTC layihələrindəki paylarının Hindistanın “ONGS Videsh” şirkətinə satışı ilə bağlı proses yekunlaşıb.


 

APA-nın məlumatına görə, bu barədə “Hess Corporation” şirkətinin yaydığı press-relizdə deyilir.

 

Məlumata əsasən, “ONGS Videsh” şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsində 2,72%, “BTC” layihəsində isə 2,36% səhmlərə sahib çıxıb. Bunun üçün şirkət “Hess Corporation”a 1 mlrd. dollar ödəyib və pulköçürmə prosesi dünən axşam yekunlaşıb. Vergiləri ödəyəndən sonra “Hess” şirkətinin xalis mənfəəti 884 mln. dollar təşkil edəcək.

 

Hindistan şirkəti ümid edir ki, iri neft layihələrində səhmlərə sahib çıxmaqla Xəzər neftini Hindistana ixrac etmək və burada da emal etmək mümkün olacaq. Bunun üçün şirkət artıq müvafiq qurumlarla danışıqlar aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Oxşar yazılar