"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni üzv seçilib
23 iyun 2015 10:34 (UTC +04:00)

"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni üzv seçilib

 

İdarə Heyətinin üzvü büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini də tutur

 

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha üzv seçilib.

 

"APA-Economics"ə xəbərinə görə, Vüqar Rəfiyev İdarə Heyətinin üzvü seçilib.

 

Eyni zamanda, V. Rəfiyev büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini tutur.

 

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri vəzifəsinə Avni Demirci gətirilib.

 

A. Demirci bundan öncə "Ziraat Bank (Moskva)" QSC-nın Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

 

Onun müavini vəzifəsinə isə Alptekin Sarıgöl təyin olunub. A. Sarığöl bundan əvvəl “Azər-Türk Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.

 

Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar