"Ziraat Bank Azərbaycan"a sədr təyin edilib
03 iyun 2015 18:08 (UTC +04:00)

"Ziraat Bank Azərbaycan"a sədr təyin edilib

 

 

"Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri vəzifəsinə təyinat olub.

 

"APA-Economics"in xəbərinə görə, bu vəzifəyə Avni Demirci gətirilib.

 

A. Demirci bundan öncə "Ziraat Bank (Moskva)" QSC-nin Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.

 

Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar