(R) Unibank: kredit ödənişlərində yenilik
13 iyun 2013 16:57 (UTC +04:00)

(R) Unibank: kredit ödənişlərində yenilik

Unibank müştəriləri üçün daha bir yenilik etdi. Artıq ABŞ dolları ilə götürdükləri kreditlər üçün bankın Cash-in-lərində, onlayn vasitəsi ilə , eləcə də Milli Ön ödəniş terminallarında ödəniş zamanı, müştərilərdən mübadilə haqqı tutulmayacaq. Qeyd edək ki, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı, mübadilə haqqı olaraq, vəsaitin 0,5%-i tutulurdu.

Unibank müştəriləri üçün kredit ödənişini və sifarişini daha da asanlaşdırıb. Artıq  filiallara gəlmədən, Milli Ön  ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etmək mümkündür.

Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/   saytına daxil olmaqla, onlayn kredit ödənişi  və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata  daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. “İnfoUnibank” mobil əlavəsinə malik  iPhone və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. Unibankın Cash-in aparatlarının köməyi ilə  hər kəs növbəsiz,  vaxt itkisi olmadan  öz kreditlərini ödəyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420
avatar

Oxşar yazılar