Unibank Novruz bayramı münasibətilə hədiyyə kampaniyasına başladı. Martın 12-dən aprelin 1-dək Unibankdan nağd kredit alan hər bir müştəriyə, Visa Alkart kredit kartı hədiyyə olunacaq. Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.
Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. 6 ay müddətinə rəsmiləşdirilən kreditlərə 6% endirim edilir.
Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə
günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.