(R) MEP-CERT MMC 2 günlük kurs keçib
14 fevral 2015 11:05 (UTC +04:00)

(R) MEP-CERT MMC 2 günlük kurs keçib

MEP-CERT MMC Firması sertifikat xidməti göstərdiyi müştərilərin işçilərinin iştirakı ilə yaranan qrupa İSO 9001-2008 standartının yeni versiyası olan ISO 9001-2015 məlumatlandırma və daxili auditor keçid tədrisini əhatə edən 2 günlük kurs keçirib.

İştirakçılar :

• RT Service MMC

• Gemikaya Holding  ‘Badamlı  suları ‘

• Smart  MMC

Məlum olduğu kimi, ISO 9001:2008 keyfiyyət sertifikatı firmalara 3 illik müddətə verilir. Yuxarıda adı çəkilən firmalar  2-ci 3-illik müddətdədir və ISO 9001:2008 standartını artıq uzun müddətdir tətbiq edirlər. ISO 9001:2015  versiyası 2008 versiyasına görə daha peşəkar şəkildə işlənib hazırlanıb və standartı tətbiq edən firmaların tətbiq sahəsində "riskə əsaslanan tədbirlər sisteminin" istifadəsini tələb edir. Bundan əlavə asağıda verilən başlıqlarda dəyişikliklər edilib:

• 2015 versiyasında sənədləşdirilmiş prosedurlara  ehtiyac qalmayacaq.

• Keyfiyyət əl kitabının hazırlanması tələb olunmayacaq.

• Sənəd və qeydiyyat hazırlamaq yerinə “sənədləşdirilmiş” ifadəsi istifadə olunacaq.

• İSO 9001-2008 versiyada yer alan ``Rəhbərliyin nümayəndəsi`` yerinə ``liderlik``  funksiyası qeyd olunacaq.

• İSO 9001-2008 standardı 8 maddədən ibarətdir, yeni versiya isə 10 maddə olaraq hazırlanıb.

• ``davamlı təkmilləşdirmə`` termini yerinə ``təkmilləşdirmə`` termini istifadə olunacaq.

ISO 9001-2015 ile bağlı  bilinməsi tələb olunan hər mövzunun öyrədə biləcək ölçüdə hazırlanan bu tədris mövzularının keyfiyyət idarə sistemi 2015 versiyası əsas təhsil və onun prinsipləri və başqa standartlarla olan əlaqələrini əhatə edir. Tədrisin sonunda:

• Müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar