Hesab.az portalında «MasterCard-la ödə - ikiqat bonus qazan!» kampaniyaya start verilib. Beynəlxalq ödəniş sisteminə məxsus bütün kartlar üzrə onlayn-ödəmələr portalda qeydiyyatdan keçən istifadəçilərə ikiqat bonus qazandıracaq.
Bu gün saat 12-dən «MasterCard» və «Maestro» kartları ilə hər 1 manat məbləğində aparılan ödəmələr Hesab.az istifadəçilərinə 200 bonus xalı gətirir. «MasterCard» və «Maestro» kartlarının sahibləri qazandıqları əlavə bonus xalları hesabına portalda keçirilən hərraclarda daha çox sayda hədiyyə əldə edə biləcəklər. Bu məqsədlə Hesab.az-dakı bonus hərraclarda «MasterCard» tərəfindən artıq yüzlərlə hədiyyə çıxarılıb. Onlar sırasında netbuklar, müasir video-oyun konsollar, hədiyyə kartları, cib telefonlar, rəqəmsal fotokameralar, yaddaş daşıyıcılar və elektron siqaretlər var. Bununla yanaşı portal tərəfindən bonus hərraclarının qaydaları da təkmilləşdirilib. Artıq istifadəçilər, topladıqları bonus xallarının məbləğindən asılı olaraq, məhz bonus balanslarına yaxın dəyərində olan hədiyyələr üzrə hərraclara daxil ola bilirlər. Bunun üçün onlara 20 min bonus xalı toplamaq kifayətdir. Qeyd edək ki, kampaniya çərçivəsində hər bir istifadəçiyə yalnız bir hədiyyə təqdim edilə bilər.
«GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı istənilən mobil operatorlar, əksər İnternet-provayderlər, bütün kabel televiziya şəbəkələr və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bu zaman qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Portalın xidmətləri pulsuzdur, tərəfdaşı olan 44 şirkət üzrə hesabları isə mobil telefonlar vasitəsi ilə də - m.hesab.az resursundan ödəmək olar. Hesab.az-dakı əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən «VeriSign SSL»-şifrələnmə əsasında təmin edilir. Bu gün ölkənin ən iri onlayn-ödəmə portalında qeydiyyatdan keçən istifadəçilərin sayı 42 minə yaxındır.
«MasterCard-la ödə - ikiqat bonus qazan!» şüarı altında keçən kampaniya martın 19-da başa çatacaq. Hesab.az xidmətləri barədə daha ətraflı məlumat üçün (012) 510 1713 telefon nömrəsinə zəng edin.